- Köhnə - Dünya
- 27 Sentyabr 2018 12:06
- 5 871
ABŞ-dan Çinə “əzələ” nümayişi
ABŞ Hərbi Hava Qüvvələrinin B-52 tipli nüvə əsaslı təyyarəsi Yaponiyanın iki döyüş təyyarəsinin müşayiəti ilə Şərqi Çin dənizindəki adaların üstündə uçuş gerçəkləşdirib.
AzNews.az “Habertürk”ə istinadən yazır ki,bu barədə ABŞ-ın CNN televiziyası Müdafiə Nazirliyinə (Pentaqon) əsasən, məlumat yayıb.
ABŞ-ın bu “əzələ” nümayişinin Çinlə aralarında olan “soyuq müharibə”ni daha da qızışdıracağı ehtimal olunur.
Nurlan AĞA
AzNews.az