- Köhnə - Dünya
- 27 Sentyabr 2018 13:05
- 6 084
Madurodan BMT-yə çağırış: “Başlayın”
Venesuela prezidenti Nikolas Maduro BMT-yə çağırış edib.
AzNews.az “Sputniknews”a istinadən xəbər verir ki, BMT Baş Assambleyasının Nyu-Yorkdakı 73-cü zirvə görüşündə çıxış edən Maduro keçən ay baş vermiş terror cəhdi ilə əlaqədar BMT-nın araşdırma prosesi başlatmasını istəyib.
O, terror hücumunun ABŞ tərəfindən maliyyələşdirildiyini bildirib.
Qeyd edək ki, bu il, avqustun 4-də Venesuela prezidenti və yaxın ətrafına qarşı sui-qəsd təşkil olunub.
Nurlan AĞA
AzNews.az