Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyanın paytaxtı Berlinə rəsmi səfər edib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyanın paytaxtı Berlinə rəsmi səfər edib.

Ərdoğan Almaniyaya çatdı – Toplar partladı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyanın paytaxtı Berlinə rəsmi səfər edib.

AzNews.az “Milliyet” qəzetinə istinadən xəbər verir ki, Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğanı Tegel Hava Limanında Türkiyənin Almaniyadakı səfiri Əli Kamal Aydın, xanımı Berna Aydın, ədliyyə naziri Əbdülhəmid Gül və xanımı İlknur Gül, AK Parti sədrinin müavini Lütfi Əlvan və digərləri qarşılayıblar.

Türkiyə prezidenti üçün Almaniyada “21 top atışı” gerçəkləşdirilib.

Almaniya səfərində Ərdoğanı bir sıra nazirlər, dövlət rəsmiləri müşayiət edirlər.

Qeyd edək ki, Türkiyə dövlət başçısının Berlin səfəri 27-29 sentyabr tarixlərini əhatə edir.

Nurlan AĞA
AzNews.az