- Köhnə - Dünya
- 27 Sentyabr 2018 17:01
- 6 666
Bankomatdan pul çəkirdi, gülləyə tuş gəldi
Türkiyənin Samsun vilayətində bankomatdan pul çəkən şəxs güllələnib.
AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 39 yaşlı Yusif Gur bankomatdan pul çıxardıqdan sonra maşına minərkən silahlı hücuma məruz qalıb.
Alnından və sinəsindən ağır yaralanan Gur xəstəxanaya yerləşdirilib.
Hadisə yerindən qaçmış şübhəlinin axtarışı üçün proses başlanıb.
Nurlan AĞA
AzNews.az