Ermənistanda diplomatik pasportdan məhrum edilən 254 vətəndaşın adı açıqlanıb. Ermənistanda diplomatik pasportdan məhrum edilən 254 vətəndaşın adı açıqlanıb.

Koçaryanla Sarkisyan diplomatik pasportdan məhrum edildi

Ermənistanda diplomatik pasportdan məhrum edilən 254 vətəndaşın adı açıqlanıb.

Robert Koçaryan, həyat yoldaşı Bella Koçaryan, oğlanları - Sedrak və Levon, ikincinin həyat yoldaşı müğənni Siruşo, qızı Qayane, nəvələri - Bella, Ani, Emma, David Mikael də diplomatik pasportsuz qalıblar.

Hətta Koçaryanın ofisinin rəhbəri Viktor Soqomonyanın da bu üstünlükdən məhrum edildiyi də vurğulanıb.

Diplomatik pasportdan məhrum edilənlərin siyahısında Sej Sarkisyan, onun həyat yoldaşı Rita Sarkisyan, qızı, qardaşı Aleksandr Sarkisyan, keçmiş xarici işlər naziri Edvard Nalbandyan, “Taşir qrupu”nun sahibi Samvel Karapetyan, keçmiş müdafiə naziri Seyran Ohanyan, oliqarx Qaqik Tsarukyanın ailəsi də var.(report.az)

AzNews.az