- Köhnə - Dünya
- 22 Aprel 2013 21:00
- 2 976
4 gün liftdə ac qaldı
"4 gündür havasız yerdə qalmağıma baxmayaraq, özümü yaxşı his edirəm"
Avstriyanın Zasburq şəhəri yaxınlığında bağ evində dincələn avstriyalı liftdə yaranan problem nəticəsində 4 gün orada qalmalı olub. Uzun müddət qışqırmasına və kömək istəməsinə baxmayaraq onun köməyinə çatan olmayıb. Onun sözərinə görə, dincəlməyə tək gəldiyindən evdə heç kim olmayıb. "Mən başa düşəndəki artıq çıxış yolu yoxdur, panikaya düşmədim, özümü sakitləşdirib öz-özümlə söhbət etməyə başladım, gələcəyimlə bağlı planlar qururdum və çoxlu yatırdım. Düzdür, liftdə hava çatışmazlığı var idi, ancaq özümü sakitləşdirirdim ki, hər şey yaxşıdır",-deyə Tomas Flitvurd bildirib.
Toması qohumları xilas edib. Onların sözlərinə görə 4 gün Tomasa zəng etsələr də, ondan xəbər çixmadığını görüb polisə xəbər veriblər.
Aynur Hüseynova
AzNews.az