“Google“ Fələstini tanıdı

İsrail XİN “Google”nin bu qərarına təəssüf edib


Dünyanın ən böyük virtual axtarış sistemlərindən biri olan "Google" Fələstinin müstəqilliyini tanıyıb. Məlumata görə, "Google"nin səhifəsində olan "Fələstin torpaqları" ifadəsi "Fələstin" sözü ilə dəyişdirilib. Qurumun nümayəndəsi Natan Tayler Fələstin BMT-də müşahidəçi ölkə statusu qazandıqdan sonra bu ölkənin adı ilə bağlı www.google.ps səhifısində dəyişiklik etdiklərini bildirib.

İsrail Xarici İşlər Nazirliyinin məruzəçisi İqal Palmor "Google"nin bu qərarına görə təəssüf etdiyini, şirkətin beynəlxalq siyasətə daxil olmasının arxasındakı səbəbin bəzi suallar yaratdığını qeyd edib.


AzNews.az