Obamadan Ərdoğana tərif – “güclü ortaq”

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Amerikaya səfəri dünya mətbuatının diqqət mərkəzindədir. Mətbuat ABŞ prezidenti Barak Obama və Ərdoğanın birgə mətbuat konfransına geniş yer ayıraraq xüsusilə iki rəhbər arasındakı münasibətlərdən yazıb.

Belə ki, Obama Ağ Evdəki mətbuat konfransında baş nazir Ərdoğana xitabən "güçlü ortaq" ifadəsi işlədib. Obama mətbuat konfransına "dostum Ərdoğan" deyə başlaması da mətbuatın diqqətindən yayınmayıb. Prezident Ərdoğanı PKK-ya qarşı çözüm planının icrasındakı cəsarətinə görə təbrik etməyi də unutmayıb.

Ərdoğan da öz növbəsində Obamaya eyni ifadələrlə cavab verib və beləliklə də iki ölkə arasındakı münasibətlərin liderlərin münasibətinə də müsbət təsir etdiyini sərgiləyib.

Elnarə
AzNews.az