- Köhnə - Dünya
- 22 May 2013 12:04
- 1 818
Elmə məlum olmayan xəstəlik: 2 ölü

ABŞ-ın Alabama ştatında 7 nəfər tibb elminə məlum olmayan xəstəliklə xəstəxanaya yerləşdirilib
Xəstəxanaya yerləşdirilmiş şəxslərdən ikisi dünyasını dəyişib. Bu barədə Associated Press ştatın səhiyyə departamentinə istinadən məlumat yayıb.
Xəstəliyin simptomları arasında həkimlər qızdırma, öskürək və tənəffüs sistemindəki digər problemləri göstərirlər. Bəzi xəstələrə qrip diaqnozu da qoyulub.
Hazırda təbiblər müəmmalı xəstəliyin səbəbini araşdırmaq üçün tədqiqat aparırlar. (milli.az)
AzNews.az