Həbsxanada doğulan uşaq anasını həbsdən qurtardı-19 il sonra

Hindistan həbsxanalarından birində olduqca maraqlı hadisə baş verib


1994-cü ildə 5 aylıq hamilə olarkən həbsxanaya düşən Vijava Devi övladının dünyaya gətirdikdən sonra girov müqabilində azadlığa buraxılması qərara alınıb. Ancaq qadının heç bir yaxının girov üçün tələb olunan 10 min rupi (təqribən 150 manat) pulu ödəmədiyinə görə o, 19 il həbsxanada qalıb.

Həbsxanada dünyaya gətirdiyi və daha sonra uşaq evinə verilən oğlu böyüyərək pul toplayıb və 19 ildən sonra yığdığı pullarla anasının girovunu ödəyərək azadlığa çıxarıb.

Elnarə
AzNews.az