Fransanın Kann şəhərində 66-cı beynəlxalq kinofestival davam edir Fransanın Kann şəhərində 66-cı beynəlxalq kinofestival davam edir

Milyarderin qızı toya hazırlaşır

Fransanın Kann şəhərində 66-cı beynəlxalq kinofestival davam edir




Dünən Cap d`Antibes şəhərciyindəki "Hôtel du Cap-Eden-Roc" otelində ənənəvi "amfAR Cinema Against AIDS" xeyriyyə tədbiri keçirilib.

Tədbirə kinematoqraf, musiqi, şou və qlamur dünyasının ən məşhur simalarından olan şəxslər qatılmışdılar.

Fransız Rivyerasındakı ulduzlar arasında beynəlxalq "Formula-1" avtoçempionatının sahibi, multimilyarder Berni Ekklstounun qızı Tamara Ekklstoun və onun nişanlısı Cey Ratlend də vardı.
Onların toyu gələn ayın sonlarına qədər Kap Ferra şəhərciyində olmalıdır.

Radar Online bildirir ki, Tamara Ekklstoun və Cey Ratlendin toyu iyunun 10-da "Grand Hotel Du Cap Ferrat" otelində təşkil ediləcək.

Toy 11 milyon dollara başa gələcək.
Tamaranın kiçik bacısı Petranın İtaliyada Ceyms Stant ilə nikah və toyu 15 milyon dollara başa gəlmişdi.

Tamaranın toyuna gələcək qonaqlar üçün oteldəki 73 lüks nömrə bronlaşdırılıb və bunun üçün 800 min dollar ödənilib.

Toyda 300 qonağın olacağı gözlənilir.

Onların arasında şahzadə Endryu, şahzadə Beatris, Peris Hilton, habelə Cennifer Lopes, Layonel Riçi və Kelvin Harris də olacaq. (milli.az)

AzNews.az