“Danışıqlar Əsədin gedişindən sonra baş tuta bilər“

SMŞ-in mətbuat katibi Luay Səfi təşkilatın mövqeyini təsdiq edib

Suriya müxalifətinin birləşməsi - Suriya milli şurası (SMŞ) - Cenevrədə Suriya hökuməti ilə qarşıda duran danışıqları salamlayıb, lakin öz nümayəndələrini konfransa yalnız prezident Bəşər Əsəd istefaya getdikdən sonra göndərə biləcəyini qeyd edib. Onun sözlərinə görə, danışıqlar ancaq Əsədin hakimiyyətdən getməsindən sonra baş tuta bilər.

Bundan əvvəl Rusiya nümayəndələri konfransda iştirak etmək üçün Suriya hökumətinin hazır olduğunu bildirib.

Suriya üzrə fəaliyyət qrupunun döyüşən tərəflərin birləşməsinə yönəlmiş bütün səyləri rəqiblər tərəfindən irəli sürülən tələblərlə darmadağın olunur.

AzNews.az