Dağıstanda partlayış: 18 yaralı

Ötən gün Dağıstanın paytaxtı Mahaçkalada törədilmiş partlayış nəticəsində yaralananların sayı 18 nəfərə çatıb

Polisin məlumatına görə, onlardan ikisi uşaq, beşi isə polis əməkdaşlarıdır.

Partlayışın Mahaçkalanın mərkəzi meydanında qadın kamikadze tərəfindən törədildiyi bildirilir. Onun daha əvvəl bir-birinin ardınca təhlükəsizlik qüvvələri tərəfindən öldürülmüş iki radikal qruplaşma üzvünün dul arvadı, 25 yaşlı Mədinə Əliyeva olduğu müəyyənləşib.

AzNews.az