"ONLAR EVDƏ OTURMALI VƏ...” "ONLAR EVDƏ OTURMALI VƏ...”

Yazıçı: “Xəzinədar qadınları zorlayın“

"ONLAR EVDƏ OTURMALI VƏ...”



Səudiyyə Ərəbistanında aləm bir-birinə qarışıb.

Belə ki, Abdullah Məhəmməd Davud adlı ərəb yazıçının kişilərə "xəzinədar qadınları zorlayın" müraciəti xalqı özündən çıxarıb. İndi bütün sosial şəbəkələrdə narazı əhali xalqı yazıçıya etiraz etməyə və hökuməti onun yazıçı titulunu əlindən almağa səsləyir.

Davudun sözlərinə görə, qadınların işləməsi müasir zamanda düzgün deyil. "Onlar evdə oturmalı və bu kimi işlərdən uzaq durmalıdırlar. İşləmək qadının işi deyil, ələlxüsus pul saymaq", - deyə yazıçı müraciətində bildirib.

Məlumat üçün deyək ki, Abdulla Davud həm də radikal dindar qruplaşması üzvüdür.

Qeyd edək ki, yazıçının belə bir müraciətinə səbəb, bu yaxınlarda Səudiyyə Ərəbistanında qadınlara mağaza və s bu kimi yerlərdə işləməyə icazə verilməsi olub.

Aynur Hüseynova
AzNews.az