Müsəlman alimləri cihada çağırdı

Dünya Müsəlman Alimlər Birliyinin başqanı Yusuf əl-Karadavi Misirin paytaxtı Qahirədə keçirilən Beynəlxalq İslami Koordinasiya Şurasının konfransında maraqlı açıqlamalarla çıxış edib.

"Suriya hadisələri qarşısında müsəlman alimlərin mövqeyi" adlı konfransda çıxış edən Karadavi Suriyada islam dini əleyhinə müharibə aparıldığını bildirib. Qeyd edib ki, "Hizbullah" Kusayr bölgəsindəı sünniləri qırır.

Müsəlman ölkələrini Əsəd rejiminə qarşı nifrətə, mal və silahla cihada çağıran Kardavi İrana qarşı da sərt mövqe nümayiş etdirib: "İranın İslamla heç bir əlaqəsi yoxdur. İslam ümmətini İran malları və şirkətlərini boykot etməyə, həmçinin Rusiyaya qarşı da baykota çağırırıq".

Elnarə
AzNews.az