Əfqanıstanda terror: 12 polis öldürülüb

Əfqanıstanın Tirin Kot şəhərindəki polis şöbəsində taliban terror aksiyası gerçəkləşdirib.

İntihar-terrorçunu hədəfi Qəndahar yolunun təhlükəsizliyinə nəzarət edən polislər olub.

Basqın polislər nahar fasiləsinə çıxarkən baş verib. Polis uniforması geyərək, yeməkxanaya girən intiharçı üzərindəki bombanı partladıb.

Ölkə rəsmiləri 12 polisin həlak olduğun, 5-nin yaralandığını bildiriblər.

AzNews.az