- Köhnə - Dünya
- 13 İyul 2013 11:08
- 2 998
“Atama dedim ki, ordunun qarşısından geri çəkilmə”
APA-nın məlumatına görə, bunu SNN-ə müsahibəsində Misirin devrilmiş prezidenti Məhəmməd Mursinin oğlu Üsamə Mursi deyib. Ü. Mursi hərbçilər tərəfindən həbs olunmuş atası, sabiq prezident Məhəmməd Mursinin harada saxlanıldığından xəbərsiz olduğunu bildirib.
Ü.Mursi atası ilə çevrilişdən bir qədər əvvəl görüşdüyünü söyləyib: "Ondan ordunun qarşısında geri çəkilməməsini istədim. Mənim tanıdığım Məhəmməd Mursi qürurlu bir insandır. Geri addım atmış və ya qaçmış olsa, prezident postunda qalsa belə, utandırıcı olardı. Hazırda gizli bir hərbi bazada saxlanılır. Ailəmiz narahat deyil. Məhəmməd Mursi cinayət törətməyib".
AzNews.az