- Toplum
- 11:59
- 1 089
AZAL Təl-Əvivə uçuşları bərpa edir
"Azərbaycan Hava Yolları" QSC (AZAL) İsrailin Təl-Əviv şəhərinə uçuşları bərpa edir.
Bu barədə AzNews.az-a AZAL-dan bildirilib.
Məlumata görə, sabahdan sözügedən istiqamət üzrə reyslərə start verilir.
Uçuşlar hər gün həyata keçiriləcək.
Biletləri AZAL-ın rəsmi saytından və ya mobil tətbiqindən əldə etmək mümkdür.