Dərman şirkətinin adı 490 milyonluq rüşvət qalmaqalında

İngiltərənin ən böyük dərman istehsal edən Glaxo Smith Klineın şirkətinin adı son günlərdə rüşvət və vergi qaçaqçılığında hallanır. Çin polisinin açıqlamasına görə, şirkət ölkədə 490 milyon dollarlıq rüşvət qalmaqalına bulaşıb.

Polisdən verilən məlumata görə, şirkət rəhbərliyi dərman satışlarını artırmaq üçün bir "rüşvət sistemi" qurub. 2007-ci ildən bu günə qədər 700 səyahət agentliyi və məsləhət şirkəti bu işdə onlara vasitəçilik edərək, üst-üstə 490 milyon dollarlıq rüşvət transferi həyata keçiriblər.


Şirkətin Çində fəaliyyət göstərən vəzifəli şəxslərinin səhiyyə təşkilatlarına, xəstəxanalara və həkimlərə satışları artırmaq üçün rüşvət verdikləri iddia olunur. Artıq şirkətin dörd vəzifəli şəxsinin polis tərəfindən nəzarətə götürüldüyü bildirilir.

İngilis dərman şirkəti isə iddiaları rədd edir. Şirkətin bildirdiyinə görə, iddia əsasızdır. Çindəki işçilərin fəaliyyəti daima nəzarətdə saxlanılır və iş qaydalarına zidd heç bir hərəkətə yol verilməyib.

Elman
AzNews.az