Ərdoğan Misirin müvəqqəti vitse-prezidenti ilə görüşmədi

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Misirin müvəqqəti vitse-prezidenti Məhəmməd əl-Baradeyi ilə görüşdən imtina edib.

Bu barədə Trend Türkiyənin "Axşam" qəzetinə istinadən məlumat verir.
Əl-Baradeyi Ərdoğandan onu qəbul etməyi xahiş edib, lakin Türkiyənin Baş naziri qeyri-legitim vitse-prezidenti qəbul edə bilməyəcəyəni deyib.

Ərdoğan qeyd edib: "Əl-Baradeyi mənimlə görüşməklə özünə legitimlik qazanmaq istəyir".

AzNews.az