Avropa Birliyinin təmsilçisi Qəzzaya buraxılmadı

İsrail Avropa Birliyinin təmsilçilərini Qəzza zolağına buraxmaqdan imtina edib.

Lent.az-ın "nyusru"-ya istinadən məlumatına görə, bu haqda "Röyter" agentliyi məlumat yayıb.

Diplomatların sözlərinə əsasən, bu müdafiə naziri Moşe Yaalonun yeni qərarı ilə bağlıdır. Həmin qərara görə, AB-nin Qəzza zolağı ilə İordan çayının Qərb sahilini əlaqələndirməsi dayandırılıb.

Yaalonun qərarı həm də yəhudilərin yerləşdirildiyi yeni tikililərə - İude, Samariya, Şərqi Qüds və Hollan təpələrindəki dövlət və özəl təşkilatlara maliyyə yardımı edilməsinin, qrantların ayrılmasının, mükafatların verilməsinin Avropa Birliyinin dayandırmasına bir cavabdır.

AB-nin ali komissarı Ketrin Eşton İsrail hökumətindən bu yeni siyasəti ilə bağlı izahat istəyib.

AzNews.az