- Köhnə - Dünya
- 28 İyul 2013 09:30
- 3 192
İkibaşlı oğlan doğuldu - FOTO
Milli.Az The Daily Mail-ə istinadən bildirir ki, təbabətdə "Dicephalic Parapagus" sindromu adlanan xəstəliyin daşıyıcısı olan oğlan Hindistanın Racastan ştarının Caypur şəhərində dünyaya gəlib.
Uşağın bir bədəni, iki başı var.
Həkimlərin dediklərinə görə, onlar heyrətləniblər. Çünki belə patologiya ilə adətən qızlar doğulurlar.
Ortaq onurğa, döş qəfəsi, qollar və ayaqları olan ikibaşlı oğlanın cərrahiyyə əməliyyatı vasitəsilə normal hala gətirilməsi mümkündür.
Uşağın doğulduğu "J.K. Lone Hospital"ın baş həkimi Saur Şarmanın sözlərinə görə, Siam əkizlərinin doğulması faktı hər 200 min doğuşdan birində olur.
Londondakı "Great Ormond Street Hospital"da doğulmuş Rital və Ritaq Qubura, habelə Sudanın paytaxtı Xartumda doğulmuş əkiz bacıların ayrı-ayrı bədənləri olsa da, başları birləşmişdi.
AzNews.az