Mursi Mübarəklə eyni həbsxanada saxlanıla bilər

Hərbçilər tərəfindən devrilən Misir prezidenti Məhəmməd Mursi Qahirənin yaxınlığındakı keçmiş ölkə başçısı Hüsni Mübarəkin saxlanıldığı "Tora" həbsxanasına köçürülə bilər.

Lent.az-ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Misirin daxili işlər naziri Məhəmməd İbrahim bəyan edib.

"Bildiyiniz kimi, Mursiyə 15 sutkalıq həbs cəzası verilib və onun həbsxanaya köçürülməsi ilə bağlı qərarı yalnız işi araşdıran müstəntiq verə bilər. Çox güman ki, o məhz "Tora" həbsxanasına köçürüləcək"- deyə, Məhəmməd İbrahim mətbuat konfransında bildirib.

AzNews.az