Fransada 2 erməni həbs edildi

Fransanın cinayətkarlıqla mübarizə polisinin əməkdaşları avqustun 10-da Parisin mərkəzində yerləşən Ylll rayonun ərazisindəki lüks mağazalardan saxta kredit kartları ilə bahalı zinət əşyaları alan iki ermənini həbs ediblər. AzərTac-ın məlumatına görə, bəzi mağazaların menecerlərinin özlərini şübhəli aparan iki nəfərin ən bahalı əşyalar alması barədə xəbərlərindən sonra polis onların izinə düşüb.

Fırıldaqçılar növbəti mağazadan mal alarkən polis onları həbs edib. Cinayətkarların üzərində axtarış zamanı onlarda yüzə yaxın saxta bank kredit kartı, 9 min nağd dollar, 10 ədəd bahalı saat, 9 brilyant üzük və qızıldan hazırlanmış əl telefonu aşkar edilərək götürülüb.

Ermənilərdən müsadirə olunan əşyaların ümumi dəyərinin 90 min avro olduğu müəyyənləşdirilib. Onların aldıqları əşyaların pulunu "American Express" və "Viza" kartları olan xarici vətəndaşların bank rekvizitləri hesabına ödədikləri aydınlaşdırılıb. Polis Amerikada məskunlaşan bu evsiz ermənilərin cinayətkarlardan ibarət böyük bir şəbəkənin üzvləri olduqlarını güman edir.

Polis əhalini ermənilərdən ibarət cinayətkarların dünyanın bir çox ölkələrində, o cümlədən Fransada geniş fəaliyyət göstərdiyi barədə xəbərdar edib və onları ehtiyatlı olmağa çağırıb:

"Bu hadisədən bir qədər əvvəl də Fransanın Marsel, Lion və Nis şəhərlərində oğurluqla məşğul olan iki erməni polis tərəfindən həbs olunub".


AzNews.az