- Köhnə - Dünya
- 30 Avqust 2013 19:49
- 2 564
Abbas Abbasovdan Putinə təşəkkür
AzNews.az "Azərros"un saytına istinadən xəbər verir ki, A.Abbasov xoş sözlərini milli məsələnin müzakirəsinə həsr olunmuş dəyirmi masada səsləndirib.
A.Abbasov çıxışında dəyirmi masanın keçirilməsini dəstəkləyən Vladimir Putinə təşəkkür edib. O, Putinin Rusiyada milli siyasət strategiyasına dair imzaladığı fərmanı yüksək qiymətləndirib.
Dəyirmi masada miqrantlar məsələsi, milli siyasətin həyata keçirilməsində ictimai təşkilatların, diaspor təşkilatlarının və milli birliklərin üzərinə düşən vəzifələr və digər mövzular ətrafında müzakirələr aparılıb.
"Rusiyanın milli siyasətində milli-mədəni birliklərin rolu" mövzusunda keçirilən tədbirdə Rusiya Prezident Administrasiyasının, Federasiya Şurasının, Dövlət Dumasının, Federal Miqrasiya Xidmətinin, Regional İnkişaf və Mədəniyyət nazirliklərinin, milli-mədəni muxtariyyətlərin nümayəndələri iştirak ediblər.
Elnarə
AzNews.az