“Mən prezident Obamaya sülh məktubu göndərmişəm“

Venesuela prezidenti Nikolas Maduro ABŞ prezidenti Barak Obamaya Suriyada sülhün bərpa olunması ilə bağlı məktub göndərib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Venesuela prezidenti ABŞ-ı Suriyaya hərbi müdaxilədən çəkinməyə çağırıb.

"Mən prezident Obamaya sülh məktubu göndərmişəm. Vətənimiz və müstəqil nümayəndələrimiz adından göndərdiyim məktubda insanlığı sevdiyimiz haqqında qeyd etmişəm. Sülh, sülh!" - deyə Maduro Twitter səhifəsində yazıb.

Qeyd edək ki, Venesuela prezidenti ötən həftə söz vermişdi ki, belə bir məktub göndərəcək. Onun fikrincə, Suriya problemi suriyalılar tərəfindən həll edilməlidir.

AzNews.az