“Biz illüziya qurmuruq”- Con Kerri

"Suriya malik olduğu bütün kimyəvi silahlar üzərində nəzarəti beynəlxalq ictimaiyyətə versə, bu ölkəyə qarşı hərbi əməliyyat keçirilməyə bilər".

Bunu ABŞ dövlət katibi Con Kerri deyib.

C. Kerri britaniyalı həmkarı Uilyam Heyqlə görüşdən sonra Suriya probleminin yalnız siyasi yollarla həllinin mümkün olduğunu anladıqlarını bildirib: "Hərb yolu yoxdur, biz bu barədə illüziya qurmuruq". Lakin dövlət katibi Suriya prezidenti Bəşər Əsədin bu şərti qəbul edəcəyinə ümid bəsləmədiyini də söyləyib.

U. Heyq isə Britaniya parlamentinin Suriyaya qarşı hərbi əməliyyata yox deməsinə baxmayaraq, Vaşinqtonun bu məsələdə Londonun tam dəstəyini alacağını vurğulayıb.

Qeyd edək ki, bu həftə ABŞ Konqresində Suriyaya qarşı hərbi əməliyyatla bağlı müzakirə və səsvermə keçiriləcək. (apa.az)

AzNews.az