Qocalar evində siçan dəhşəti

Kanadanın Alberta əyalətinin Lethbridge şəhərində qayğıya möhtac yaşlıların qaldığı "Əziz Tereza" qocalar evində dəhşətli hadisə baş verib.

Qocalar evində qalan yaşlı qadının üzünü siçanlar gəmirib. Hadisəni Cənubi Albertada fəaliyyət göstərən "Sağlamlıq işçilərinin dostları" adlı könüllü cəmiyyətinin üzvü Sandra Azocar ortaya çıxarıb. Olay barədə Səhiyyə Nazirliyinin əməkdaşlarına məlumat verilib. Bundan sonra mətbuatda da hadisə barədə xəbərlər yayılıb. Sandra Azocarun açıqlamasına görə , nazirlik işçiləri adı açıqlanmayan yaşlının otağında araşdırma apararkən otaqda siçan yuvası tapılıb. 9 ay əvvəl də bir işçi binada siçan olması barədə rəhbərliyə məlumat verib, ancaq heç bir tədbir görülməyib. Hadisə mətbuatda əksini tapdıqdan sonra Səhiyyə naziri Fred Home dəhşətə gəldiyini bildirib: "Ömrümdə heç olmadığı qədər əsəbiyəm. Belə bir hadisənin Albertada olmasını anlamaqda çətinlik çəkirəm. Bu insan bizim yoldaşımız , ya da ailəmizin bir üzvü ola bilərdi. Nə baş verdiyini anlamaq üçün istintaq aparılır. Bu mövzuda kim nə bilirsə müfəttişlərə məlumat versin, kömək olsun. Problemi ən xırda detallarına qədər ortaya çıxarmalıyıq ". Siçanların üzünü gəmirdiyi yaşlı qadın xəstəxanada həkim nəzarətinə götürülüb.

Elman
AzNews.az