Səddama kimyəvi silahı ABŞ veribmiş

İran mətbuatının istefada olan amerikalı zabitə istinadən verdiyi xəbərdə ABŞ-ın İran-İraq müharibəsində İraqa kömək etdiyi və bu ölkəyə kimyəvi silahla dəstək olduğu iddia edilib. "Haberler.com"un məlumatına görə, xəbərdə fikirləri yer alan ABŞ hava qüvvələrindən istefada olan təqaüdçü 53 yaşlı Karen Kiyantovski daha sonra deyib ki, ABŞ-ın başqa ölkələrə kimyəvi silahlar verdiyi yeni xəbər deyil. Biz daha əvvəl, İran-İraq müharibəsi dövründə Səddam Hüseynə kimyəvi və bioloji silahlar vermişik. ABŞ bu iddiaya rəsmi mövqe bildirməyib.

Xəbər "Axar.az"dan gəlir