ABŞ prezidentinin kollajı qalmaqala səbəb oldu - Foto

ABŞ-ın Rusiyadakı səfirliyi Dövlət Dumasının deputatı İrina Rodninanın Twitter-də paylaşdığı Barak Obamanın kollajına Tomas Ceffersonun sitatı ilə cavab verib.

Səfirliyin rəsmi Twitter mikrobloqunda ABŞ-ın 3-cü prezidentindən (1801-1809) sitat gətirilib:

"Tomas Ceffersonun müdrik sitatı: "Dözülməzlik - kobudluğun doğurduğu xəstəlikdir"".

Rodnina hələlik Twitter-dəki kollajın yaratdığı vəziyyəti şərh etməyib.

Bildirək ki, cümə günü Rodnina Twitter-dəki mikrobloqunda kollaj paylaşmışdı: şəklin müəllifi ABŞ prezidenti Barak Obama və xanımının basketbol matçlarının birində çəkilmiş şəklinin önünə banan yerləşdirib. Hazırda həmin tvit silinib. Rodninanın Twitter-ində həmçinin bildirilib ki, şəkil ABŞ-dan göndərilib və heç bir şərhlə müşayiət olunmayıb.

Dumanın etika üzrə komissiyası bildirib ki, vətəndaşlardan və deputatlardan rəsmi bəyanat, yaxud Dövlət Dumasının rəhbərliyindən göstəriş almadan bu məsələni araşdırmayacaq.

İ.Rodnina ABŞ prezidentinin kollajını Twitter mikrobloqunda özünün paylaşması barədə nə təkzib verib, nə də bunu təsdiq edib.(milli.az)

AzNews.az
image description