ABŞ Sudan prezidentinə viza vermədi

ABŞ BMT-nin toplantısına qatılmaq istəyən Sudan prezidenti Ömər Bəşirə viza verməkdən imtina edib.

Teleqraf.com-a verilən məlumata görə, Sudan lideri bir müddət əvvəl viza ilə bağlı ABŞ-a müraciət etsə də, "rədd" cavabı alıb.

Soyqırımı törətməkdə ittiham olunan Ömər Bəşirin əməllərindən beynəlxalq hərbi cinayətlər məhkəməsinə müraciət olunub.

ABŞ Dövlət Departamentinin nümayəndəsi Maria Harf da məhz yuxarıda qeyd edilən amilə görə, ölkəsinin Sudan rəhbərinə viza vermədiyini bildirib.

Qeyd edək ki, Sudan prezidenti sonuncu dəfə 2006-cı ildə ABŞ-a gedib. Soyqrım isə 2009-2010-cu illərdə Darfur bölgəsində baş verib.

AzNews.az