Qanlı atışma: 3-ü polis olmaqla 5 nəfər ölüb

Avstriyada polisdən qaçmaq istəyən bir cinayətkarla polislər arasında silahlı qarşıdurma yaranıb.

AzNews.az-ın məlumatına görə, qarşıdurma nəticəsində cinayətkar 4 nəfəri öldürüb. Ölənlərdən 3-ü polis olub.

Hadisənin baş verdiyi fermada polislər başqa bir cəsəd də tapıblar. Ölənin cinayətkar olduğu ehtimal edilir.

Cəsədin kimə aid olduğu yalnız DNT analizi nəticəsində təsbit ediləcək.

Elman
AzNews.az