Ermənistan pendirinin idxalına qadağa qoyuldu

ABŞ-ın Səhiyyə və ictimai xidmətlər departamentinin ərzaq və dərmanlar idarəsi Ermənistan pendirinin idxalına qadağa qoyub.

APA-nın "Kavkaz Online" saytına istinadən verdiyi məlumata görə, qadağa Ermənistanın "Lori" və "Melaniyanın qızları" pendirlərinə tətbiq olunub.

"Lori" pendirində Coli, "Melaniyanın qızları" növündə isə E.Coli bağırsaq çöpləri aşkarlanıb.

Ümumillikdə ABŞ-a 28 ölkədən 100-dək pendir növünün idxalına qadağa qoyulub.

AzNews.az