Diplomatın qatili tapıldı

Bir neçə gün əvvəl Rusiyanın Abxaziyadakı səfirliyinin birinci katibi Dmirti Vişernevin qətlində şübhli bilinən şəxs saxlanılıb. Bu barədə məlumatı RİA hüquq-mühafizə orqanlarındakı mənbəyə əsasən yayıb.

Məlumata görə, şübhəli şəxs çeçen əsilli Yusif Lakayevdir. O, qətli törətdikdən sonra Türkiyəyə qaçmaq üçün Gürcüstan ərazisindən istifadə etmək istəyib. Ancaq sərhəddi qanunsuz keçdiyi zaman saxlanılıb.

Xatırladaq ki, rusiyalı diplomat sentyabrın 9-da qətlə yetirilib . Hadisə vaxtı diplomatın yanında olan həyat yoldaşı isə daha sonra xəstəxanada keçinib.

Elnur
AzNews.az