Polis helikopteri qəzaya uğrayıb


İki gün əvvəl Qerero ştatında radarlardan itən polis helikopterinin qalıqları bu gün aşkarlanıb.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, helikopterin təpəyə çırpılması nəticəsində göyərtədə olan 5 federal polis əməkdaşı həlak olub. İnsidentin səbəbləri hələlik məlum deyil.

Helikopter Pintada yaşayış məntəqəsində yer sürüşməsi nəticəsində köməksiz vəziyyətdə qalmış sakinlərin təxliyəsini həyata keçirirmiş.

AzNews.az