Ac qalan ayılar yol kəsdi – Video

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Rusiyada meşəliyə yaxın yolda ayı və balaları hərəkəti dayandırıb.

Ac olduqları güman edilən ayılar yolda hərəkət edən avtomobillərin qarşısını kəsib. Avtomobil sürücülərindən biri ayıların yolda olduqlarını görüb, onlara yeməsi üçün azuqə verib. Ayılar sürücüyə heç bir xəsarət yetirmədən azuqəni də alıb, meşəliyə doğru gediblər.

Həmin hadisənin görüntülərini sizə təqdim edirik:


AzNews.az