Partiya sədri canlı yayımda studiyadan qovuldu

Yunanıstandakı radikal milliyətçi "Müstəqil Yunanlar" Partiyasının (ANEL) lideri Panayotis Kammenos çağırıldığı proqramda aqressiv darvandığı üçün studiyadan qovulub.


Yunanıstanın Halkidi yarımadasındakı Skuris bölgəsindəki qızıl mədəninin Kanada şirkətinə verilməsi ilə bağlı sərt, aqressiv mövqe tutaraq "hakimiyyət sərvətimizi satır" demişdi.

Proqramın aparıcısı olan xanım bu açıqlamanı şərh etməyi istəyəndə, "Sizin açıqlamanızın partiyanızı maliyyələşdirən qrupların marağı olduğu deyilir" vurğulayanda ANEL sədri sinirlənib: "Mənə sahiblərinizin diqtə etdiyi sualları verirsiniz. Üstəlik də yalançısınız" deyib.

Aparıcı da cavabında söyləyib: "Sözlərinizə fikir verin, yoxsa sizi studiyadan çıxararam".

ANEL sədri bu sözləri eşidəndə durub, proqramı tərk edib.

Aparacı isə deyib: "Siz getmədiniz - mən sizi qovdum".(milli.az)

AzNews.az