Almaniyadakı səfirliyimiz öz işini bərpa etdi

Ötən gün diplomatik missiyanın binasının yaxınlığında bombanın olması ilə bağlı məlumatdan sonra fəaliyyətini dayandıran Azərbaycanın Almaniyadakı səfirliyi bu gün öz işini bərpa edib.

Daha əvvəl Almaniya mətbuatı xəbər yayıb ki, Berlində yerləşən səfirliyin yaxınlığında ötən gün 500 kiloqram həcmində aviasiya bombası aşkarlanıb.

Bu məlumatın yayılmasından sonra Azərbaycanın diplomatik missiyasının bütün heyəti, həmçinin yaxınlıqda yerləşən evlərdən 3600 adam da təxliyyə olunub.

Hadisə yerində işləyən mütəxəssislərin fikrincə, binanın yaxınlığında aşkarlanan bomba İkinci Dünya müharibəsi dövrünə aiddir. Bomba zərərsizləşdirilib.(trend)

AzNews.az