2013-cü ilin ilk Nobel mükafatçıları bəlli oldu

2013-cü ilin fizioligiya və tibb üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb. Amerikalı Ceyms Rotman və Rendi Şekman, eləcə də alman alimi Tomas Zyudofa bu nüfuzlu mükafat veriləcək. Bu barədə Stokholmdakı Kral İnstitutunun Nobel komissiyası məlumat yayıb.

"The New York Times" xəbər verib ki, 53 yaşlı Ceyms Rotman Harvard Universitetində və Massaçuset Texnologiya institutunda işləyib. Rendi Şekman isə Kaliforniya Universitetinin elmi heyətinin üzvü olub. Tomas Zyudof 2008-ci ildən Stendfort Universitetinin professorudur. Bundan əvvəl də nüfuzlu mükafatların sahibi olan alimlər Nobel mükafatı qalibləri arasında olmağı sevinc hissi ilə qarşılayıblar.

2013-cü ilin ilk Nobel mükafatı laureatlarının mükafatlandırma mərasimi dekabrın 10-da Stokholmda keçiriləcək.

Elnarə
AzNews.az