Fahişəlik edən 55 yaşlı erməni qadın həbs edildi

Yunanıstanın Yanina şəhərində restoranda işləyən, fahişəlik edən 55 yaşlı erməni qadın həbs edilib.
AzNews.az Yunan mətbuatına istinadən xəbər verir ki, Yunanıstanın şimalında yerləşən Yanina şəhərındəki restoranlardan birində yemək yeyənlərə xüsusi xidmət olaraq qız təklif olunurmuş. Xüsusi xidmət isə ayrı otaqda aparılır və həmin otaqda 55 yaşlı erməni qadın müştərilərə xidmət edirmiş. Vətəndaşlardan biri bu haqda polisə xəbər verib. Polis restorana qəflətən reyd aparıb. Reyd zamanı polis restoranın 45 yaşlı sahibini , 47 yaşlı ofisiantı və 55 yaşlı erməni qadını fahişəlik etdiklərinə görə həbs edib.
Reyd zamanı qeyri-leqal fahişəlikdən gələn 775 avro da müsadirə edilib.
Araşdırma aparılır. İstintaq artıq bu şəxslərin qanunsuz əməlləri haqda yetərli dəlillər əldə edib.
Elman
AzNews.az