Prezidenti yuxuda gördü, vəzifə aldı

Qazaxıstanın Janakorqan rayonunun Qızılorda vilayətindəki kəndlərindən birinin sakini prezident Nursultan Nazarbayevi yuxuda gördükdən sonra vəzifə alıb.

Bu barədə o, Qazaxıstan Xalq Demokrat Partiyasının 1-ci qurultayında bildirib. Kənd sakini Aziya Kıqstınbayeva Nazarbayevi gördüyü yuxusunu danışıb: "Mən işsiz qalanda siz-Nursultan Nazarbayev mənim yuxuma gəldiniz. Əlimi tutdunuz və dediniz ki, hər şey yaxşı olacaq. Biz qazaxlar hər şeyi yaxşılığa yozuruq. Bundan sonra ölkənin vəziyyəti düzəldi, məni kənd icra nümayəndəsi təyin etdilər".

Elnur
AzNews.az