Bəşər Əsəd yenidən prezident olmaq istəyir

Suriya prezidenti Bəşər Əsəd gələn il keçirilməsi planlaşdırılan prezident seçkilərində namizədliyini irəli sürə bilər.

Bu haqda Bəşər Əsəd Livanda yayımlanan Əl-Məyadin televiziyasına müsahibəsində deyib.

"Seçkilərin vaxtı bəlli olmadığından namizədliyin irəli sürülməsilə bağlı konkret fikir söyləmək olmaz. Amma şəxsi qənaətim ondan ibarətdir ki, namizədliyimin irəli sürülməsinə hər hansı maneə yoxdur" - deyə Əsəd bildirib.(trend)

AzNews.az