Prezidentin səhhətti ilə bağlı şayiələr yayıldı

Türkmənistan prezidenti Qurbanqulu Berdumuhammedovun səhhətinin pişləşməsi ilə bağlı məlumatlar yayılıb.


AzNews.az-ın Türkmənistanın "Gündoğar" agentliyinə istinadən verdiyi məlumata görə, prezident öz postundan gedəcəyi təqdirdə dövlət başçısı postuna Məclis sədri Akca Nurberdiyevanın namizədliyi gündəmə gələcək:

"Hakimiyyət kluarlarında prezidentin səhhətti ilə bağlı şayiələr dolaşır. Prezidentin yaxın ətrafı bildirir ki, o uzun müddətdir ki, arterial təzyiqin artmasından şikayətlənir və ümtamadi həkim nəzarətinə ehtiyacı var. Prezidentin səhhəttindəki bu vəziyyət onun atdan yıxılmasından sonra özünü göstərib".

Elnur
AzNews.az