Dövlət katibinin 4,7 milyonluq malikanəsinə oğru girib

ABŞ dövlət karibi Con Kerrinin Vaşinqtondakı malikanəsinə oğru girib. FOX 5 kanalının məlumatına görə, oğru Qafqaz görkəmli olub. Həmin zaman C.Kerri evdə olmayıb. Malikanənin ətrafında fırlanan oğru sonunda kənardakı qaraja gedib. Orada dövlət katibinin mühafizəçilərinə məxsus "Ford Expedition" maşınını görən oğru maşına xəsarət yetirsə də onu aparmayıb.

Elnur
AzNews.az