- Köhnə - Dünya
- 30 Oktyabr 2013 23:38
- 3 123
ABŞ kəşfiyyatı Roma Papasını da dinləyirmiş

Yazıda bildirilir ki, Roma Papasının fəaliyyətinin ABŞ kəşfiyyatı tərəfindən izlənildiyi "Wikileaks"də də açıqlanıb.
Vatikanın mətbuat xidmətinin rəhbəri rahib Federiko Lombardini bu xəbərə soyuqqanlı yanaşıb: "Biz belə birməlumata malik deyilik. Bununla belə istənilən durumda əndişəyə gərək yoxdur".
Qeyd edək ki, NSA-nın Vatikanı dinlədiyi iddia edilən zaman Roma Papası 16-cı Benediktus olub. Hazırda isə Vatikana argentinalı Fransisk rəhbərlik edir.