“Erməni soyqırımı” ilə bağlı kilsələr qərar verdi

Ümumdünya Kilsələr Şurası qondarma "erməni soyqırımı"nın 100-cü ildönümü ilə bağlı qətnamə qəbul edib. ANS PRESS-in erməni mətbuatına istinadən verdiyi xəbərə görə, dünən Ümumdünya Kilsələr Şurasının 10-cu Assamblyasının iclasında, 345 kilsədən 300 nümayəndənin iştirak etdiyi tədbirdə qondarma "erməni soyqrımı"nın 100 illiyi ilə bağlı qətnamə qəbul edilib.

Qətnamə bütün ermənilərin katalikosu II Qareginin və Kilikiya kilsəsinin katalikosu I Aramın rəsmi müraciəti, həmçinin erməni kilsəsinin Ümumdünya Kilsələr Şurasındakı nümayəndələrinin ardıcıl işləri nəticəsində qəbul edilib.

Qətnaməyə əsasən, 2015-ci il 24 aprel tarixində Cenevrədə Ümumdünya Kilsələr Şurasının üzvlərinin iştirakı ilə konfrans təşkil edilməsi qərarı verilib. Konfransla paralel olaraq, Cenevrədə kilsələrarası yığıncaqda dua mərasimi təşkil ediləcək. Həmin gün dünyadakı bütün kilsələr qondarma "soyqırım"ın qurbanları üçün dua oxumağa dəvət ediləcəklər.

Qeyd edək ki, iclas Cənubi Koreyanın Pusan şəhərində oktyabrın 30-da başlayıb, sabah başa çatacaq.

AzNews.az