Yasir Ərəfatın polonium ilə zəhərlənməsi hipotezi əsaslı sayılmadı

Yasir Ərəfatın polonium ilə zəhərlənməsi hipotezi əsaslı sayılmadı. AzNews.az İTAR - TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Federal tibbi-bioloji agentliyinin rəsmi məlumatına əsaslanan "Əl-Cəzirə" telekanalı çıxış edib.
" Ola bilsin ki, polonium subyektin orqanizminə təhqiqat başlayandan çox əvvəl daxil olduğuna görə nəticə belə alınmışdır" - deyə telekanal ekspertiza sənədinin 15 - ci səhifəsindən sitat gətirib.
Bu ərəfədə İsveçrə təhqiqatçıları Ərəfatın ölümünə çox böyük ehtimalla poloniumun səbəb olduğunu söyləmişdilər.
Qeyd edək ki, Ərəfat 11 noyabr 2004 - cü ildə 75 yaşında Paris yaxınlığındakı Persi hərbi qospitalında vəfat edib. 26 noyabr 2012 - ci ildə Fələstin liderinin bədəninin qalıqları İordan çayının cənub sahilindəki Ramallada yerləşən movzoleyindən ekskumasiya edilib və Rusiya, Fransa, İsveçrə tədqiqatçıları ondan nümunələr götürüblər. Elə həmin gün birinci Fələstin liderini yenidən torpağa tapşırıblar.
Təhqiqatların aparılması məcburiyyəti bir çox tanınmış simaların Ərəfatın qəsdən polonium radioaktiv elementi ilə zəhərlənərək öldürülməsi versiyasından sonra yaranmışdı.

AzNews.az