Universitetdə şok; tələbələr qiymət müqabilində seksə məcbur edilib

Türkiyənin Hakkari Universitetində seks qalmaqalı yaranıb.


5 tələbə hələ may ayında prokurorluğa gələrək qiymət müqabilində müəllimlərin onları cinsi əlaqəyə məcbur etdiyini bildiriblər.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, təklifi qəbul etməyənlərə qiymət yazılmayıb və onlar kursda qalıblar.

Polis əldə olan məlumatlar əsasında 6 ay araşdırmadan sonra eyni zamanda 20 ünvanda əməliyyat keçirib. Əməliyyatda aralarında bir neçə müəllim və qızların keçmiş sevgililərinin də olduğu 14 nəfər saxlanılıb.

Məlumatlara görə, müəllimlər cinsi əlaqəyə məcbur etdikləri qızları videoya çəkib və daha sonra şantaj ediblər.

Bundan başqa bəzi oğlanların da tələbə qızlarla əlaqədə olub bunu görüntüyə aldıqları və daha sonra müəllimlərə verdikləri bildirilir. Oğlanlar müəllimlərə verdikləri həmin görüntülər qarşılığına imtahanlarda qiymət alıblar.

Elnur
AzNews.az