Avropa qışı qarşıladı, ilk qar özünü göstərdi - Video

Avropa artıq erkən qış fəslini yaşamağa başlayıb. Fransa və İspaniyanın bəzi bölgələrinə güclü qar yağıb. Təbii hadisə tez bir müddətdə fəsadlar da yaradıb.

"Euronews" telekanılının verdiyi məlumata görə, ilk gündən yollarda yaranmış buzlanma nəqliyyatın hərəkətində çətinliklər törədib. Əsasən, Fransanın Sent Etyen şəhərində əhali qardan əziyyət çəkib. Burada qarın hündürlüyünün 30 santimetrə çatdığı bildirilir. Sərnişinlər işə gedərkən çətinliklərlə qarşılaşıb. Sürücülər də, həmçinin, nəqliyyatda yaranmış problemdən razı deyillər.

Meteorloqların proqnozlarına görə, qarşıdan gələn günlərdə Fransanın Alp dağları regionunda qar yağması davam edəcək.

İspaniyanın şimalında isə 15 əyalət qarın təsiri altına düşüb. Həmçinin, Mayorka adasında qar yağıb. Rəsmilər son günlərdə ölkədə tempraturun kəskin şəkildə aşağı düşdüyünü qeyd ediblər. Şaxtalı havalarla əlaqədar donvurma hallarının da olacağı narahatlıq doğurur.




AzNews.az