- Köhnə - Dünya
- 26 Noyabr 2013 20:05
- 2 854
Pakistanda qəza - 8 məktəbli öldü

APA-nın "Associated Press" agentliyinə istinadən verdiyi məlumata görə, qəza nəticəsində sürücü və səkkiz uşaq ölüb.
Yerli "Geo" TV televiziya kanalının məlumatına əsasən, daha bir neçə məktəbli xəstəxanaya yerləşdirilib, onların vəziyyəti ağır olaraq qalır. Hadisə qurbanları 5-15 yaşlı uşaqlardır.
Polisin məlumatına görə, rikşa yaxınlaşan qatarı görməyərək, dəmiryol keçidinə çıxıb. Rikşa relslər üzərində ilişib, məktəblilər rikşadan düşməyə macal tapmayıblar.
AzNews.az